Erməni deputatdan Arutyunyana: "Bu zəifliyin əlaməti və ucuz teatr səhnəsidir"

Erməni deputatdan Arutyunyana:
 

Oturaraq tətil “ölkə başçısı” tərəfindən həyata keçirilirsə, öz zəifliyini nümayiş etdirmək və ucuz teatr səhnəsidir. 

Paralel.az ” xəbər verir ki, bunu “Ermənistan” blokundan olan deputat Andranik Tevanyan Xankəndidəki aksiyalara və quldurbaşı Arayik Arutyunyanın oturaq aksiyaya başlamasına mövqeyini şərh edərkən bildirib.

“O qərar qəbul etməli, digər idarəetmə funksiyalarını yerinə yetirməli, oturaq aksiya keçirməməlidir. Ancaq bu addımı artıq atmısınızsa, o zaman düzgün ünvana müraciət etməli və aydın qiymətlər verməlisiniz. Beynəlxalq ictimaiyyət Ermənistan liderinin mövqeyinə əsaslanaraq öz mövqeyini nümayiş etdirir. Əgər siz Ermənistanın baş naziri Nikol Paşinyanın siyasətini dəyərləndirmirsinizsə, mücərrəd beynəlxalq ictimaiyyətə müraciət formasında “ən axrıncı” variantını seçirsinizsə, deməli, bu, ucuz teatr səhnəsidir. Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb”, - deputat yazıb.

 

0.015339851379395