Vəziyyət dəyişməyə başladı - Kiyevin israrla istədiyi silah göndərildi

Vəziyyət dəyişməyə başladı - Kiyevin israrla istədiyi silah göndərildi
 

ABŞ-ın yeni hərbi yardım paketi, xüsusən də bura daxil olan kasetli bombalar Silahlı Qüvvələrə Ukrayna ərazilərini işğaldan azad etməyə və çox sayda əsgərin həyatını xilas etməyə əhəmiyyətli dərəcədə kömək edəcək.

Paralel.az xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

Nazir qeyd edib ki, Kiyev uzun müddətdir Qərbdən kasetli sursatlar istəyirdi.

“Biz müvəqqəti olaraq işğal olunmuş torpaqlarımızı azad etməliyik, xalqımızın həyatını xilas etməliyik. Bunun üçün ərazilərimizi işğal edən düşmənə - hərbi cinayətkarlara, təcavüzkarlara və talançılara zərər vermək lazımdır. Onlara nə qədər çox itki versək, bir o qədər çox ukraynalının həyatını xilas edə bilərik”, - Reznikov bildirib.(Teleqraf.com )

0.029949188232422