Rusiyadakı üsyan zamanı Suriyada nə baş verib? - Zabitlər dərhəl hərəkətə keçibmiş

Rusiyadakı üsyan zamanı Suriyada nə baş verib? - Zabitlər dərhəl hərəkətə keçibmiş
 

Paralel.az "Reuters"ə istinadən xəbər verir ki, Yevgeni Priqojin “yürüş”ünü elan etdikdən sonra bir qrup rus zabiti Suriyaya göndərilib. Onların məqsədi "Vaqner" qüvvələrinə nəzarəti ələ keçirməyə kömək etmək idi. 

İyunun 23-də Suriya hərbi kəşfiyyatı Priqojinin qüvvələrinin yerləşdiyi ərazilərdə stasionar telefonları və internet bağlantılarını kəsib ki, onların rusiyalı həmkarları ilə əlaqə saxlamasına mane olsun.

Başlanan üsyan cəhdinin nəticələrinin qarşısını almaq üçün "Vaqner" döyüşçülərinə Rusiya Müdafiə Nazirliyi ilə yeni müqavilələr bağlamaq və ya dərhal Suriyanı tərk etmək əmri verilib. Bu şərtlərdən imtina edənlər Suriyadan, ehtimal ki, Maliyə aparılıb.

0.020707845687866