SHXÇDX Xaçmaz Rayon Şöbəsinin rəisi Rahim Ağayev saxlanılıb

SHXÇDX Xaçmaz Rayon Şöbəsinin rəisi Rahim Ağayev saxlanılıb
 

Xəbər verdiyimiz kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xaçmaz Rayon Şöbəsinin rəisi saxlanılıb. 

Qaynarinfo-nun məlumatına görə, əməliyyat zamanı saxlanılan şöbə rəisi Rahim Ağayev iki ilə yaxındır sözügedən vəzifəni tuturdu.

Bu vəzifəyə kimi, Rahim Ağayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qəbələ Rayon Şöbəsinin rəisi vəzifəsində çalışıb. 

Hərbi rütbəsi polkovnik-leytenant olan Rahim Ağayev "Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

0.01280689239502