Lirə manat qarşısında rekordunu yenilədi

Lirə manat qarşısında rekordunu yenilədi
 

Türkiyə lirəsi iyul ayının ilk iş günündə Azərbaycan manatı qarşısında rekord həddə ucuzlaşıb.

Paralel.az ın məlumatına görə, TRY/AZN nisbəti ötən ötən rəsmi məzənnə ilə müqayisədə 3,12% azalaraq 0,0653 manata enib. 

Lirə manat qarşısında tarixi minimumunu sonuncu dəfə cari ilin iyunun 23-də yeniləmişdi (0,0672 manat).

İyun ayının əvvəli ilə müqayisədə isə lirə manat qarşısında 20,27% dəyər itirib.

Qeyd edək ki, iyunun 22-də Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini gözləntilərdən daha az - 6,5% bəndi artıraraq 15%-ə yüksəltmiş, bu da lirənin sürətlə ucuzlaşmasına səbəb olmuşdu.

Həmçinin ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot faiz dərəcələrini artıracağı ilə bağlı ehtimallar ucuzlaşmaya səbəb olan digər faktorlardandır.

Könül
Paralel.az

0.018497943878174