Saakaşvili: “Artıq hamının fəallaşmasının vaxtıdır, Rusiyanın parçalanması…”

Saakaşvili: “Artıq hamının fəallaşmasının vaxtıdır, Rusiyanın parçalanması…”
 

“Əsrlər boyu Qafqazı əsarət altına alan, bütöv xalqları məhv edən, qafqazlıların soyqırımı və ruslaşdırılması ilə məşğul olan Rusiya imperiyasının xalqlarına və vətəndaşlarına müraciət edirəm... İmam Şamilin, Baysanqurun, Cövhər Dudayevin, milyonların Azadlığın ən yüksək dəyər olduğu müqavimət qəhrəmanları...”.

Paralel.az xəbər verir ki, bu barədə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Şimali Qafqaz xalqlarına müraciətində deyib.

Onun sözlərinə görə, son hadisələr (hərbi qiyam) Moskvadakı rejimin ifrat dərəcədə zəifliyini göstərdi:

“Köhnəni canlandırın və yeni müqavimət hüceyrələri yaradın, diasporla və diaspor vasitəsilə əlaqələrinizi aktivləşdirin və təbii ki, Ukrayna vasitəsilə demokratik dünyanı Şimali Qafqaz xalqlarının müstəqilliyinə hazırlamağa birlikdə çalışaq. Biz (Rusiyanın) parçalanma prosesini mümkün qədər qeyri-zorakı etmək üçün bir-birimizlə körpülər qurmalıyıq...”.

O, Kiyevdə “Azad Qafqaz” təşkilatının daimi katibliyinin yaradılmasını təklif edib.

Paralel.az

0.023789167404175