Litva Ukraynaya qoşun göndərir - Kiyevdən cavab gözləyir
Litva öz qoşunlarını təlim üçün Ukraynaya göndərməyə hazır olduğunu açıqlayıb.
Bunu Litvanın baş naziri İnqrida Şimonite "Financial Times"ə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ukraynaya qoşun göndərmək üçün Litva parlamentin razılığı da var. "Bu barədə hökumət əvvəllər danışıb. Lakin Kiyev hələlik müvafiq sorğu ilə çıxış etməyib", - o qeyd edib.
Rusiyanın buna təxribat kimi baxacağını etiraf edən baş nazir əlavə edib ki, əgər Rusiyanın reaksiyasını düşünsələr, heç nə göndərə bilməzdilər. "Hər həftə kiminsə nüvə hücumuna məruz qalacağını eşidirsiniz", - o qeyd edib.