“Mənə Avroviziyadan yazana söyüş qoymuşam”
Deleqasiyamızın keçmiş nümayəndəsi, aparıcı Hüsniyə Məhərrəmova istefası istənilən Eldar Qasımovun müdafiəsinə qalxıb.
OLAY yazır ki, bununla bağlı o, instaqramda paylaşım edib.
“Ata canı, bezdirdiniz. Eldar hər şeyi düz edib. Sizi onsuz da razı salmaq mümkün deyil. Mənə “Avroviziya”dan yazana söyüş qoymuşam”, - deyə, bildirib.
Qeyd edək ki, iki ildir finala keçə bilməməyimizdə deleqasiyanın musiqi prodüseri Eldar Qasımov günahlandırılıb və sosial şəbəkə istifadəçiləri Husniyəni işarəliyərək qayıtmasını istəyiblər.