Dünya iqtisadiyyatı tarixin ən ciddi problemləri astanasındadır - BIS

Dünya iqtisadiyyatı tarixin ən ciddi problemləri astanasındadır - BIS
 

İsveçrə Beynəlxalq Hesablaşmalar Bankı (BIS) ölkələrin inflyasiyanı cilovlamağa çalışdığı bir vaxtda qlobal iqtisadiyyatın hazırda qırılma nöqtəsində olduğunu bildirərək faiz dərəcələrini daha da artırmağa çağırıb.

Paralel.az ” “reuters”ə istinadən xəbər verir ki, BIS-in baş meneceri Agustin Carstensi son 18 ayda faiz dərəcələrinin davamlı artmasına baxmayaraq, bir çox inkişaf etmiş iqtisadiyyatlarda inflyasiyanın sabit yüksək səviyyədə qaldığını və borclanma xərclərinin sıçrayışını təhrik etdiyinə diqqət çəkib. O əlavə edib ki, borclanma xərclərinin artması, 15 il əvvəl maliyyə böhranından bəri ən pis bank çökməsinə səbəb olub.

"Qlobal iqtisadiyyat kritik mərhələdədir. Ciddi problemləri həll etmək lazımdır. Qısamüddətli artıma müdaxilə arxasınca getmə vaxtı artıq geridə qalıb. Pul siyasəti indi qiymət sabitliyini bərpa etməlidir. Fiskal siyasət konsolidasiya edilməlidir", - Karstens bildirib.

BIS-in pul və iqtisadi bölməsinin rəhbəri Klaudionun sözlərinə görə, ilk dəfədir ki, dünyanın bir çox ölkələrində inflyasiyanın artımı geniş maliyyə zəifliyi ilə yanaşı baş verir.

O hesab edir ki, inflyasiya nə qədər uzun olarsa, siyasətin daha çox və daha uzun müddət sərtləşdirilməsinə ehtiyac duyulur.

Borio bildirib ki, faiz dərəcələri 1990-cı illərin ortaları səviyyəsinə çatarsa, bütün digər şeylər bərabər olmaqla, əsas iqtisadiyyatlar üçün ümumi borc xidmət yükü tarixdə ən yüksək olacaq.

"Düşünürəm ki, mərkəzi banklar inflyasiyanı nəzarət altına alacaqlar. Qiymət sabitliyini bərpa etmək onların işidir. Burada əsas xərc məsələsidir”, - o deyib.

0.073930978775024