Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb, erməni həmkarı ilə görüşəcək

Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb, erməni həmkarı ilə görüşəcək
 

İyunun 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Antoni Blinkenin dəvəti əsasında Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.

Bu barədə Paralel.az a Azərbaycan XİN-in Mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində dövlət katibi A.Blinken ilə ikitərəfli görüşün, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.

0.01507306098938