İxracına görə dövlət şirkətlərinin reytinqi - TOP-10

İxracına görə dövlət şirkətlərinin reytinqi - TOP-10
 

2023-cü ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ən böyük ixracatçılarının adları açıqlanıb. 

Paralel.az ”ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd olunur.

Siyahıda ilk pillədə 313,8 milyon ABŞ dolları ilə “Azərenerji” ASC yer alıb. 

İlk 10-luq isə belədir:

 “Azərenerji” ASC - 313,8 milyon ABŞ dolları

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi -157,2 milyon ABŞ dolları

“Socar Polymer” MMC - 126,6 milyon ABŞ dolları)

“Azəralüminium” MMC - 55,5 milyon ABŞ dolları

“AzerGold” QSC - 31,2 milyon ABŞ dolları

“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC - 7,7 milyon ABŞ dolları

“Azərbaycan Hava Yolları” QSC - 6,1 milyon ABŞ dolları

“Azərbaycan Dəmir Yolları” QSC - 1,1 milyon ABŞ dolları

“Azəripək” MMC - 1,1 milyon ABŞ dolları

“ASK Tütün” MMC - 565,6 min ABŞ dolları

0.02295994758606