Fəridə Əliyeva klinikadan buraxıldı - Bakıya qayıdır

Fəridə Əliyeva klinikadan buraxıldı - Bakıya qayıdır
 

Azərbaycan karateçisi Fəridə Əliyevanın vəziyyəti indi stabildir, bütün tibbi müayinələrdən sonra klinikadan buraxılıb və bu axşam Bakıya qayıdacaq.  

Bunu Azərbaycan nümayəndə heyətinin press ataşesi Qabil Mehdiyev deyib.

Q.Mehdiyev idmançımızın ciddi xəsarət almadığını bildirib: "İdmançımızım iki ay əvvəl Avropa çempionatının finalında italiyalı rəqiblə döyüşündə burnu sınıb. Zərbə köhnə zədənin üzərinə dəydiyi üçün qanaxma nəticəsində huşunu itirib. Dərhal xəstəxanaya aparılıb, sistem köçürülüb, ilkin tibbi yardım göstərilib. İdmançının zədəsinin ciddi olmadığı bildirilib".

0.012371063232422