Ötən gecə "Nigarmed" klinikasına basqın olunub - VİDEO

Ötən gecə
 

Nərimanov RİH sahibkardan rüşvət almaq üçün qanunsuzluğa əl atır

Bazar günü olsa da, Nərimanov Rayon İcra hakimiyyətinin tikinti-memarlıq şöbəsinin və bir neçə dövlət orqanlarının əməkdaşları sanki rüşvət almaq "yarışına" girişiblər. Nəticədə "Nigarmed" klinikasının reklam lövhəsi basqına məruz qalıb.

Ötən gecə baş vermiş basqın hadisəsi yerində olan və hadisəni lentə alan Paralel.az-ın əməkdaşı Bakının Nərmanov rayonu Əlyar Əliyev küçəsi 39 ünvanda yerləşən "Nigarmed" klinikası ofisinin direktoru Səxavət Əlisoyun klinikaya basqının səbəbi barədə fikirini öyrənib.

Direktor bunları bildirib; "Gördüyünüz ünvanda yerləşən "Nigarmed" klinikasının reklam lövhəsini yeniləmək üçün iyunun 10-da çağırdığımız ustalar işə başladılar.

Dərhal özlərini Nərimanov rayon icra hakimiyyətinin əməkdaşları kimi təqdim edən 4 nəfər, iki-iki olaraq klinikaya gəldilər və reklam lövhəsini təmir etməyi dayandlrmağı və ya Nərimanov RİH-dən icazə almağı, ya da 2 min manat rüşvət verməyi tələb etdilər.

Onlardan sonra FHN, Rayon Əmlak şöbəsi, Bələdiyyə, RPŞ və digər dövlət orqanların əməkdaşları klinikaya gəlib, eyni tələbi etdilər. Müraciət edən dövlət orqanları əməkdaşların hamsının bir məqsədi vardır - 2 min manat rüşvət almaq!

Nərimanov RİH və rayon digər dövlət orqanları əməkdaşının hər birinə izah etdim ki, biz yeni bir tikinti işi aparmırıq, klinikanın köhnəlib, yararsız hala düşmüş reklam lövhəsini təmir edib, yeniləyirik. İzaha baxmayaraq, RİH əməkdaşları razılaşmadılar.

Nəhayət, istirahət günü olduğu üçün birinci gün səhər saat 10-da Nərimanov RİH-in tikinti şöbəsinin qəbuluna gələcəyimi bildirdikdən sonra razılaşıb getdilər və bazar günü axşam saat 18-də mən də klinikadan ayrıldım.

Axşam saat 21-də klinikanın gözətçisi zəng edib, bildirdi ki, Nərimanov RİH-in əməkdaşları "Nigarmed" klinikasının təzələnmiş reklam lövhəsini söküb-dağıdırlar. Dərhal klinikaya gəldim, artıq gec idi, klinikanın reklam lövhəsini söküb yerə atmışdılar.

Reklam lövhəsinin uzunluğu 18 metrdir, lövhənin 12 metrlik hissəsini söküblər və klinikaya xeyli maddi ziyan vurublar.
Nərimanov RİH əməkdaşlarının bu vəhşiliyi dövlət orqanları əməkdaşlarının rüşvət almaq məqsədilə, istirahət günü klinikaya qarşı həyata keçirdiyi quldur basqını ciddi qanunsuzluqdur, klinikanın fəaliyyətinə qeyri-qanuni müdaxilədir, maddi, mənəvi ziyandır və sahibkarlıq fəaliyyətinə aşkar edilən qəsddir".

P. S. Ölkə prezidentinin sahibkarlıq fəaliyyətinə önəm verdiyi halda, Nərimanov RİH əməkdaşlarının "Nigarmed" klinikasına basqını dövlətin sahibkarlıq siyasətinə qarşı yönəlmiş hərəkətdir...

0.017516136169434