Ukraynadakı müharibənin taleyini bu seçki həll edəcək - Olland

Ukraynadakı müharibənin taleyini bu seçki həll edəcək - Olland
 

ABŞ-də keçiriləcək seçkiləri Ukraynadakı müharibənin nəticəsini müəyyən edəcək.

Paralel.az ” xəbər verir ki, bunu Fransanın sabiq prezidenti Fransua Olland “Financial Times” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynadakı müharibənin nəticəsi gələn il ABŞ-də keçiriləcək prezident seçkilərinin nəticəsindən asılı olacaq.

“Əgər Donald Tramp seçilərsə, deyəcək ki, biz burada dayanırıq. Ruslar isə sahib olduqları əraziləri özləri üçün saxlaya bilərlər”, - Olland  qeyd edib.

O eyni zamanda əlavə edib ki, bu müharibə “çox baha başa gəldi”. 

Fransanın eks-prezidenti hesab edir ki, Avropa təhlükəsizliyi təmin etmək üçün özünə güvənməli olduğu günə hazırlaşmalıdır.

“Bu da NATO ilə əlaqəli olmalıdır. Bu o demək deyil ki, Avropa ölkələri ABŞ-nin hədəflərini bölüşmürlər. Avropalı müttəfiqlərimizə ABŞ ilə eyni maraqlarımızın olmadığını desək, ən azı sülh baxımından müttəfiqlərimiz bizi düzgün anlaya bilməyəcək”, - o deyib.

Mürtəza
Paralel.az

0.018297910690308