Məktəbliyə zorakılıq edən Rasilə Arifqızına prokuror daha ağır cəza verilməsini istəyir

Məktəbliyə zorakılıq edən Rasilə Arifqızına prokuror daha ağır cəza verilməsini istəyir
 

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısının məktəbliyə zorakılıq etməkdə ittiham olunan sabiq müavini Rasilə Arifqızı barəsindəki qərardan verilən kassasiya protesti üzrə məhkəmə iclasının vaxtı məlum olub. 

Paralel.az xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək proses bu gün - mayın 30-na təyin edilib.

Protest hakim Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.

Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Rahilə Arifqızına 4 min manat cərimə cəzası təyin olunub. Hökmdən narazı qalan dövlət ittihamçısı kassasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsi qərarı dəyişdirilmədən qüvvədə saxlayıb. Daha sonra prokuror kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edərək işin yenidən araşdırılması istənilir. Prokuror hesab edir ki, cinayət işi birinci instansiya və apellyasiya instansiyasında düzgün tədqiq olunmayıb, irəli sürülmüş ittihama görə yüngül cəza təyin olunub.

Qeyd: Lənkəran Rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Rasilə Arifqızı tərəfindən Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

İstintaqla Rasilə Arifqızının 2022-ci il iyulun 14-də attestat verilməsi bəhanəsi ilə xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirib vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan yeniyetmənin mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına, həmçinin ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib.

0.014757871627808