Sülhə nail olmaq üçün real imkan var, əsas fərq budur - Flip Riker

Sülhə nail olmaq üçün real imkan var, əsas fərq budur - Flip Riker
 

Bu gün Ermənistanla Azərbaycan arasında sülhə nail olmaq üçün real imkan var. 

Paralel.az ” xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini və Qafqaz danışıqları üzrə keçmiş baş məsləhətçi Filip Riker deyib.

“İki lider görüşməli və bir-birini daha yaxşı başa düşmək üçün mümkün qədər dialoqa getməlidir”, - amerikalı diplomat qeyd edib. 

Onun sözlərinə görə, Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi, regionda ticarət, enerji proqramları və infrastrukturun inkişafı üçün geniş imkanlar yaradacaq.

“Məsələn, nəqliyyat baxımından Mərkəzi Asiyanın Qara dənizə çıxışını təmin etmək mühüm coğrafi regionun inkişafına töhfə verəcək və regionda hər kəs üçün faydalı olacaq mühüm ticarət imkanları yaradacaq”, - diplomat qeyd edib. 

Riker hesab edir ki, bu, uzun müddət davam edən münaqişə faciədir və bu da nəticə etibarı ilə  onilliklər ərzində inkişaf imkanlarına mane oldu.

Keçmiş diplomatın sözlərinə görə, beynəlxalq ictimaiyyət tərəflər arasında uzunmüddətli, davamlı sülhə nail olmaq üçün böyük səylər göstərir. 

Sərhədlərin delimitasiyasının vacibliyinə toxunan Riker bildirib ki, dağlıq sərhəd rayonlarında gənc əsgərlər bir-birinə çox yaxın məsafədə olduqlarından, bu da istər-istəməz toqquşmalara səbəb olur: “Bundan heç kim qazanmır. Ona görə də sərhədlər demarkasiya və delimitasiya olunmalıdır. Bu, uzun bir prosesin bir hissəsidir”.

Bakının Qarabağdakı ermənilərin reinteqrasiyası və təhlükəsziliyi ilə bağlı addmlarını müsbət qiymətləndirən Riker Bakının onlarla müzakirəyə hazır olduğunu deyib. 

O hesab edir ki, bu məsələdə sülh sazişi istiqamətində ciddi nəticələr əldə etmək üçün imkanı var və bu məqsədlə diqqət icraya yönəldilməlidir.

“Biz elə bir nöqtədəyik ki, həqiqətən də sülh və razılaşma əldə etmək imkanı var və əvvəlki mərhələlərdən əsas fərq də budur”, - o deyib.

 

0.013571977615356