Frankfurt məhkəməsi Əlişir Usmanovun işi üzrə apardığı bir sıra axtarışları qanunsuz hesab edib - "Der Spiegel"

Frankfurt məhkəməsi Əlişir Usmanovun işi üzrə apardığı bir sıra axtarışları qanunsuz hesab edib -
 

Frankfurt am Main məhkəməsi ötən il alman hüquq-mühafizə orqanlarının rusiyalı iş adamı Əlişir Usmanovun işi üzrə apardığı bir sıra axtarışları qanunsuz hesab edib.

"Paralel.az"  xəbər verir ki, bu barədə  "Der Spiegel" yazıb.

Söhbət, Federal Cinayət İdarəsi və vergi müfəttişləri tərəfindən sentyabr ayında "Tegernsee" gölünün yaxınlığında yerləşən bir neçə villada, "Frankfurt am Main" şəhərindəki mənzildə və "Bremen" limanındakı "Dilbar" yaxtasında aparılan axtarışlardan gedir. Axtarış zamanı bir sıra sənədlər və sənət əşyalarını müsadirə edilib

Məhkəmə hesab edib ki, Frankfurt prokurorluğu Usmanovun çirkli pulların yuyulmasında şübhəli olması üçün kifayət qədər əsas təqdim etməyib. Bundan əlavə, "Der Spiegel"in məlumatına görə, sifarişlərdə ciddi səhvlər aşkarlanıb.

Usmanovun özü Almaniya məhkəməsinin axtarışların qeyri-qanuniliyi ilə bağlı qərarı ilə əlaqədar Almaniyada ona qarşı cinayət təqibinə xitam veriləcəyini gözləyir.

Ş.Salehqızı

 

0.013208150863647