Dünya liderləri İlham Əliyevi təbrik edirlər - YENİLƏNİB

Dünya liderləri İlham Əliyevi təbrik edirlər - YENİLƏNİB
 

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Paralel.az xəbər verir ki, məktubda deyilir:

“Milli bayramınız - Müstəqillik Günü münasibətilə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan Sizə, Sizin şəxsinizdə hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi və arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Allahdan Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər diləyir, ölkənizə və xalqınıza daha böyük tərəqqi və firavanlıq, ölkələrimiz arasında fəxr etdiyimiz əlaqələrin daha da inkişafını arzulayıram.

Xahiş edirəm, ən xoş arzularımı qəbul edin”.

Bundan başqa, Tailand Krallığının Baş naziri General Prayut Çan-o-ça da dövlətimizin başçısına təbrik məktubu göndərib. 

Məktubda deyilir:

“Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Tailand Krallığının hökuməti və xalqı adından Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Otuz ildən çoxdur ki, Tailand və Azərbaycan arasında dostluq münasibətləri mövcuddur. Əminəm ki, əlaqələrimiz ölkələrimizin və xalqlarımızın rifahı naminə qarşılıqlı maraq doğuran bütün sahələrdə bundan sonra da möhkəmlənəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***
Gürcüstan parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Arçil Talakvadze Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.

Paralel.az xəbər verir ki, Arçil Talakvadze bu münasibətlə Tvitter hesabında paylaşım edib:

“Biz bu möhtəşəm tarixi gün münasibətilə ən xoş arzularımızı və təbriklərimizi çatdırırıq və Azərbaycan xalqına sülh, firavanlıq və tərəqqi arzu edirik”, - deyə Arçil Talakvadze qeyd edib.

***

Tailand Krallığının Baş naziri General Prayut Çan-o-ça Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Paralel.az ın məlumatına görə, mətndə deyilir:

"Zati-aliləri!

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Tailand Krallığının hökuməti və xalqı adından Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Otuz ildən çoxdur ki, Tailand və Azərbaycan arasında dostluq münasibətləri mövcuddur. Əminəm ki, əlaqələrimiz ölkələrimizin və xalqlarımızın rifahı naminə qarşılıqlı maraq doğuran bütün sahələrdə bundan sonra da möhkəmlənəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Filippin Prezidenti Ferdinand Romualdez Markos Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Paralel.az xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri!

Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə Filippin xalqı və hökuməti adından Sizə ən səmimi təbriklərimi çatdırıram.

Son üç onillikdə Filippin ilə Azərbaycan arasında səmimi münasibətlər mövcuddur. İnanıram ki, dövlətlərimiz dostluq əlaqələrini gələcək illərdə də davam etdirəcək.

Filippin iqlim dəyişikliyi, enerji təhlükəsizliyi və pandemiyadan sonrakı bərpa kimi ümumi narahatlıq doğuran qlobal çağırışların həllində Azərbaycanla işləməyə hazırdır.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

0.049960851669312