Lukaşenko yoxluğunun səbəbini açiqladı

Lukaşenko yoxluğunun səbəbini açiqladı
 

Lukaşenko yoxluğunun səbəbini açiqladı

"Sən hələ çox uzun müddət mənimlə əziyyət çəkəcəksən" - Lukashenka bir həftədir ictimaiyyətin gözü qarşısında olmamasını "adenovirus" ilə izah edir.

"Paralel.az" xəbər verir ki, Aleksandr Lukaşenko "adenovirus"a yoluxduğu üçün bir neçə gün ictimaiyyət qarşısına çıxmadığını deyib.

“Əgər kimsə mənim öləcəyimi düşünürsə, sakitləşsin. Sakit olun. Bu, messencerlərdə və teleqram kanallarında boş fikir yürütməkdən başqa bir şey deyil. "Adenovirus nə böyuk xəstəlikdir ki, məni öldürsün?”, - Lukaşenko bildirib.

Lukaşenka deyib ki, adətən "adenovirus" infeksiyası “üç gün müalicə olunur”, lakin o, iş qrafiki çox olduğundan müalicə ala bilmir: “Moskvaya, sonra Leninqrada, sonra iməciliklərə, sonra Qrodnoya getməli oldum, sonra Qomeldə [vilayət rəhbəri İvan] Krupkoyals görüşməki oldum - nəticədə infeksiya kəskinləsdi”. Lukaşenka qeyd edib ki, o, ölməyə “getmir” və  "Sən hələ çox uzun müddət mənimlə əziyyət çəkəcəksən", - qeydini edib.

Lukaşenko mayın 9-dan 15-dək ictimaiyyət qarşısına çıxmayıb. Qələbə Günündə o, Moskvadakı paradda və Minskdə gülqoyma mərasimində iştirak edib, lakin digər protokol tədbirlərini buraxıb. Mayın 14-də o, Belarusun Bayraq, Gerb və Himni gününün qeyd edilməsində iştirak etməyib. Belarusun ən böyük müstəqil nəşri “Zerkalo” bu vəziyyəti “anomal” adlandırıb.
Dəniz

0.026592969894409