Ərdoğandan zəlzələ bölgəsində yaşayanlara müjdəli xəbər

Ərdoğandan zəlzələ bölgəsində yaşayanlara müjdəli xəbər
 

Məqsədimiz bu ilin oktyabr-noyabr aylarında zəlzələ bölgəsində daimi yaşayış yerlərinin təhvil verilməsinə başlamaqdır.

Paralel.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamandakı K2B Konteyner Şəhərində vətəndaşlara müraciəti zamanı deyib.

"Evi yararsız hala düşən son vətəndaş yeni mənzilinə qovuşana qədər çalışacağıq. Məqsədimiz oktyabr-noyabr aylarında daimi mənzillərin təhvil verilməsinə başlamaqdır", - deyə Ərdoğan əlavə edib.

0.02679181098938