Zelenski Ərəb Liqasının sammiti üçün Səudiyyə Ərəbistanına gedib

Zelenski Ərəb Liqasının sammiti üçün Səudiyyə Ərəbistanına gedib
 

Ukrayna Prezidenti Volodimir Zelenski Ərəb Liqasının sammiti üçün Səudiyyə Ərəbistanına getdiyini açıqlayıb.

Paralel.az ” “Əl-Ərəbiyyə” telekanalına istinadən xəbər verir ki, Ukrayna lideri Polşadan havaya qalxan Fransa təyyarəsi ilə Ciddəyə səfər edib.

Volodimir Zelenski sammitdə çıxış etməyi və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla görüşməyi planlaşdırır.

O, sammitdə gələn qışda Ukraynanın enerji təhlükəsizliyinin təmin edilməsini müzakirə edəcək.

Kiyevin təklif etdiyi “sülh formulu”nu, o cümlədən müvəqqəti işğal olunmuş ərazilərin qaytarılmasını, Krımın bütün siyasi məhbuslarının və qanunsuz deportasiya edilənlərin azad edilməsini təhlil edəcək.

Ukrayna Prezidenti Krımda Ukraynanın müsəlman icmasının müdafiəsi məsələsinə də toxunmaq niyyətindədir.

Zelenskinin sözlərinə görə, Ukrayna nümayəndə heyətinə Krım tatar xalqının lideri Mustafa Cəmil də daxildir.

Səfurə

 

0.017523050308228