Seçkilərinin nəticələrini şərh edən Binəli Yıldırım Sinan Oğanla bağlı mövqeyini açıqlayıb

Seçkilərinin nəticələrini şərh edən Binəli Yıldırım Sinan Oğanla bağlı mövqeyini açıqlayıb
 

Paralel.az ” xəbər verir ki, “CNN Türk”də çıxış edən Binəli Yıldırım Sinan Oğanla ilk olaraq  telefon danışığı haqqında danışıb. 

Binəli Yıldırım :“Sinan Oğanı təbrik etmək üçün zəng etdim. Dedim ki, sizin baxışlarınızla bizim baxışlarımız arasında cüzi fərq var. Hazırda Sinan Oğanın çoxlu müştərisi var. Sinan bəylə görüşün olub-olmayacağını mən qərar verə bilmirəm. Sinan bəyin də özünü yuxarıdan aparmasına da ehtiyac yoxdur. Əgər səsinizi bazara çıxarmağa çalışıb, bunu biznesə çevirsəniz, bunu seçici heç də yaxşı qarşılamaz. Deyər ki, sən nə edirsən, qardaşım, mənim səsimi bazarlıq etmək haqqını sənə kim verib. Biz “Cümhur İttifaqı”yıq, bizim ittifaqda şəxsi maraqlar yoxdur. Biz mənfəət ittifaqı deyilik. Mənfəət ittifaqı qarşıdakıdır. Bunu rahatlıqla deyirəm. Dərə görmədən qaçırlar, hər kəsə kömək edirlər”.

“Millət ittifaqı”nı nəzərdə tutan Binəli Yıldırım deyib ki, həmin ittifaq dörd partiyaya heç bir xidməti olmadan deputat yeri paylayıb.

Ş.Salehqızı, "Paralel.az"

0.014463901519775