Rusiya İrandan daha çox PUA almaq istəyir

Rusiya İrandan daha çox PUA almaq istəyir
 
Rusiya İrandan daha çox PUA almaq istəyir

"Paralel.az"ın məlumatına görə, Ağ Ev sözçüsü deyib ki, Rusiya resurslarının tükənməsi səbəbindən İrandan daha çox zərbə dronu almağa çalışır.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi mətbuat konfransında bildirib ki, Rusiya daha əvvəl İrandan aldığı 400 ədəd "Şahed" kamikadze dronlarının əksəriyyətini istifadə etdikdən sonra indi Tehrandan yeni PUA-lar almağa çalışır.

Onun sözlərinə görə, İran həmçinin Rusiyadan daha çox hərbi, o cümlədən döyüş helikopterləri, radarlar və “Yak-130” tipli döyüş təlim təyyarələri almağa çalışır.

Ağ Ev rəsmisi deyib ki, Rusiyanın Ukrayna ərazisindəki hədəflərə hücum etmək üçün həmin dronlardan istifadə edəcəyinə inanmaq üçün bir neçə əsas var.
A.Nəsirli

0.016073942184448