Pərviz Hüseynov, Şərafət Məmmədova və Cahangir Yusifov üçlüyü “Şəki dövləti”nin qərardadını qüvvədə saxlayıb

Pərviz Hüseynov, Şərafət Məmmədova və Cahangir Yusifov üçlüyü “Şəki dövləti”nin qərardadını qüvvədə saxlayıb
 

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası DİN-in hüquqlarını qoruyur

Qarabağ qazisinin məhkəmədə son sözü :”Allah sizə lənət eləsin! “

17.05.2023-cü ildə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri Pərviz Hüseynov olan, Şərafət Məmmədova və Cahangir Yusifovdan ibarət heyəti Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun 12.12.2022-ci il tarixli bu sətirlərin yazarının DİN-ə qarşı iddiası üzrə iddianın mümkün sayılmaması haqqında qərardadından apellyasiya şikayətinə birtərəfli qaydada “baxaraq”, “Şəki dövləti” adından çıxarılan  15.02.2019 tarixli qərardadı qüvvədə saxlayıb. Hər iki instansiya hakimlərinə qərəzli , ədalətsiz, tərəfgirliklərinə, faktiki cavabdeh(lər)ə vəkillik etdiklərinə görə, İPM-in və MPM-in 19-cu maddəsinə əsasən etiraz edilsə də, hər iki instansiya etirazı məhkəmə sədrinə verməyib. Halbuki birinci instansiyada hakimə, yuxarı instansiyada  məhkəmə tərkibinə etiraz məsələsini məhkəmə sədri həll edir. Etirazın əsaslı olmasını hakimlərin iddiaçı  1-ci dərəcəli Qarabağ qazisinə açıq -aşkar qərəz sərgiləməsi, dövlət hesabına vəkil ayrılmasından imtinası sübut edir. Axı 1-ci dərəcəli Qarabağ əlilinə dövlət hesabına vəkillə təminatdan imtinanın qərəzdən başqa adı yoxdur!

Qarabağ əlilinin e-məhkəmə portalından Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərova hakimlərdən şikayətinə,  Heydər Əliyev Fondundan vəkil ayrılmasına kimi məhkəmənin ertələnməsi haqqında ərizəsinə də baxılmayıb. Yəni tam özbaşınalıq, məhkəmə təminatı və müdafiəsi hüququna k sərgiləyici kobud qadağa.

Hələ qərardad şəxsi kabinetdə yerləşdirilməyib. Əlbəttə , kassasiya şikayəti veriləcək. Kassasiya şikayəti verməyə vəkil ayrılsa… Hələliksə, növbəti məhkəmə özbaşınalığının , Konstitusiyanın ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olmadığının , “Şəki dövləti” adından 4. İlin qabaq  çıxarılan saxta qərardadın məhkəmə təcrübəsinin vahidliyi prinsipini təşkil etməsinin üzqaralığı ilə üzləşdik. Neyləyə bilərik, qıraqdan ,VK-nın üzvü olmayan əsl hüquqçulardan vəkil tutmağa haqqımız yoxdur, qıraqdan vicdanlı  məhkəmə çağırmağa hüququmuz. Amma qıraqda – Avropa İnsan Hüquqları Məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququmuzun pozulmasından şikayət hüququmuz var! Ona da 10-15 ilə baxılar, ya baxılmaz. Azərbaycan insanının gerçək hüquq durumu belədir.

Nə qədər ki, məhkəmə hakimiyyəti qıraqdan sifarişlə Konstitusiyanı ayaqlar altına atacaq, hüququ pozulanı yox, hüquq pozucusunu qoruyacaq, Allahı unudacaq,  hüquqsuzların məhkəmədə SON SÖZÜ Bakı İnzibati Məhkəməsinin 12.12.2022-ci il tarixli iclasındakı kimi olacaq :

                            “ALLAH SİZƏ LƏNƏT ELƏSİN! “

Məğrur Bədəlsoy

P. S. Bakı Apellyasiya Məhkəməsinə elektron məhkəmə portalından 17.05.2023-cü ildə  sədr Mübariz Əkbərova edilən 2-1 (103-1790/2023 saylı, 17.05.2023 tarixli DİN -ə qarşı  iş üzrə (sədrlik edən Pərviz Hüseynov, Şərafət Məmmədova və Cahangir Yusifov ) məhkəmə heyətindən şikayət və Heydər Əliyev Fondundan vəkil ayrılmasına kimi işin ertələnməsi haqqında ərizə. .. 15 gün qabaq APELLYASİYA  BAXIŞINDAN  ÇIXARILAN (?) DSMF -in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı   2-1 (103)-1779/2023 saylı iş üzrə  (sədri Şərafət Məmmədova olan eyni heyət ) yönləndirilib . Özü də bir gün sonra -18.05.2023-də. Məhkəmənin 1-ci dərəcəli Qarabağ qazisinə qarşı qəsd-qərəzi ortada olsa da, məhkəmə tərkibinə etiraza baxılmır. Əcəb məhkəmə - hüquq sistemidir !...

0.016624927520752