Niyə Ərdoğan, niyə Kılıçdaroğlu – 3
Məmməd Talıblı
Ərdoğan Türkiyənin son 10 illiklərində gəlmiş-getmiş ən xarizmatik dövlət başçısı sayılır. Və o, buna tamamilə haqq edir.
Ərdoğan iqtidarı digər siyasi koalisiyalardan fərqli bir siyasi xətti ilə seçildi. Xüsusuilə Qərbin oyuncaq dövlət imicindən uzaqlaşaraq siyasi xarakteri olan bir dövlət obrazı yarada bildi. Bu Ərdoğanın siyasi bacarığı və iradəsi ilə bağlıdır.
Xüsusulə Orta Asiyada və Cənubi Qafqaz da (ağırlıq Azərbaycan!) Türkiyənin siyasi aktor olaraq fəallaşması xüsusilə təqdirolunan haldır. II Qarabağ savaşında hərbi müstəvidə Türkiyənin Azərbaycana birmənalı və hərtərəfli dəstəyi təkcə çağdaş siyasət müstəvisi üçün yox, tarixi kontekstdə özünün möhürünü vurmuş bir hadisədir.
Özünün siyasi varislərindən fərqli olaraq Ərdoğan bunu çox genişürəkliliklə və sağlam düşüncə ilə etməsi onu cəsarətli siyasətçi kimi xarakteriza etməyə tamamilə imkan verir. Türk dünyasının birliyi baxımından da bu hadisə xüsusi rola malik idi. Tarixi qanunauyğunluq nöqteyi-nəzərindən yanaşdıqda isə Nuru Paşanın XIX əsrin əvvəllərində etdiklərini XXI-əsrin əvvəllərində Ərdoğan iqtidarı etdi. Ərdoğanı Azərbaycan cəmiyyətinə sevdirən də məhz bu amillərin təsiri ilə birbaşa bağlıdır.
Kılıcdaroğlu Türkiyə siyasətinin ən təmiz və müsbət reputasiyalı siyasətçilərindən biridir. Lakin çoxlu sayda üstün məziyyətlərinə baxmayaraq Kılıcdaroğlu təmsil olunduğu koalisiyanın ən xarizmatik lideri də deyildi.
Sadəcə CHP-nin səsləri çox olduğu üçün məhz onun namizədliyini ondan daha zeki olan Ahmad Davudoğlu, Ali Babacan kimi liderlər dəstəkləmiş oldular.
CHP Türkiyənin Avropaya inteqrasiya kursunu birmənalı dəstəklədiyi üçün onu daha çox Avropanın, Qərbin “adamı” sayırlar. Kılıcdaroğlunun seçiləcəyi təqdirdə Qərb və Avropa ilə “buz”lar əriyəcək. Ərdoğan antiqərb havasında o qədər çox oldu ki, hətta onu bu siyasi qütblərdən daha çox, Rusiyanın yaxın müttəfiqi də saymaq olar.
Kılıcdaroğluna ümidləri azaldan amillərdən biri də onu əlində xəritə və loqistika ilə bağlı marşrutun Azərbaycan üzərindən deyil, İran üzərində “əsaslandırması” ("Türk Yolu" layihəsi) onu həm Türkiyədə və ölkəmizdə nüfuzunu xeyli sarsıdan amil oldu.
Ərdoğanın Azərbaycan siyasətinə münasibətdə 2 tərəfini fərqləndirə bilərik:
Birincisi, onun Qarabağ savaşında birmənalı və qətiyyətli mövqeyi ilə aydın obrazı var. Dəyişməz, tərəddüdsüz və iradəli bir sərkərdə qətiyyəti.
İkincisi, Ərdoğanın avtoritar təbiəti ilə Azərbaycanın demokratiya istiqamətində tormozlayıcı rolunu görməmək mümkün deyil. İki dövlət yox, sanki iki şəxs arasındakı məhz şəxsi münasibətləri qabardıb dövlət səviyyəsinə qaldırması kənardan yaxşı görünməyən siyasi səhnədir. Türkiyədən gələn dəstək paketində sanki bircə “demokratiya” dəsti yoxdur. Bu Azərbaycan cəmiyyətini məyus edən haldır.
Ərdoğan parlaq keçmiş siyasi həyatına baxmayaraq təkadamlıq sistem qurucusu kimi yaddaşımızda qaldı. Sərt avtoritar təbiətə malik siyasətçi kimi belə 20 ili az bilib, daha uzunmüddətli hakimiyyətə hələ də iddiasın ortaya qoyur. Bunu qlobal mənada və bəşəri anlamda qəbul etmək çətindir...
Kılıcdaroğlu Türkiyənin xarici güclər qarşısında güzəştə çox meylli olmasını sezirəm. Azərbaycana münasibətdə Ərdoğanı əvəz edə biləcək “bir millət, iki dövlət” prinsipinin fəal müdafiəçisi kimi görə bilmirəm. Sırf praqmatik çıxarları ağır ideoloji yükü olan siyasətçidən ağır gəlir mənə. Laik (dünyəvi) dövlət quruculuğuan iddia edir.
Kılıcdaroğlu, yoxsa Ərdoğan seçimində bunların heç birindən yana deyiləm.
Seçim hüququ Türkiyə seçicisinə aiddir.
"Paralel.az"