Ermənistana gedən 800 milyon avroluq kokain İtalyada tutuldu
İtaliyanın Maliyyə Qvardiyası və gömrük orqanlarının əməkdaşları Gioia Tauro limanında 2,7 tondan çox kokain müsadirə ediblər.
"Paralel.az" xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Narkotik paketləri Ekvadordan gələn və Ermənistana göndərilməli olan banan olan iki konteynerdə gizlədilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, qara bazarda bu miqdarda kokainin dəyəri təxminən 800 milyon avro təşkil edir.
Ş.Salehqızı