Tanışını öldürməkdə təqsirli bilinən şəxsin məhkəməsi başlayıb

Tanışını öldürməkdə təqsirli bilinən şəxsin məhkəməsi başlayıb
 

Sumqayıtda tanışını bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Azər Dadaşovun cinayət işi üzrə məhkəəm prosesi başlayıb.

"Paralel.az" xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

İş üzrə məhkəmə baxış iclası mayın 17-nə təyin olunub. 

Qeyd edək ki, Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində 1989-cu il təvəllüdlü Cavid Şirməmmədovun aldığı bıçaq xəsarətləri səbəbindən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, həmin qəsəbənin sakini 1985-ci il təvəllüdlü Azər Dadaşovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Cavid Şirməmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Azər Dadaşov şübhəli şəxs qismində tutulub.

 

0.022466897964478