Odessa şəhərində Heydər Əliyevin 100 illiyi qeyd edilib

Odessa şəhərində Heydər Əliyevin 100 illiyi qeyd edilib
 

Ukraynanın Odessa şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli
siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr
olunmuş tədbir keçirilib.

“Birlik” Odessa azərbaycanlıları diaspor təşkilatı tərəfindən təşkil olunan tədbir
Ukrayna və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Ardınca Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda
canlarından keçən şəhidlərimizin və Ukraynadakı müharibədə həlak olanların
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə “Birlik” Odessa azərbaycanlıları diaspor təşkilatının sədri Rövşən
Quliyev, diaspor fəalları Fazil Əsgərov, Hacı Namiq, professor Mətin Quliyev,
Əbülfət Əliyev, Nadir Babayev, Əbülfət Əliyev, Anar Natiqoğlu və digərləri çıxış
ediblər. Heydər Əliyevin həyat və fəaliyyətinə diqqəti cəlb edən natiqlər dahi
şəxsiyyətin Azərbaycan xalqının taleyüklü məsələlərində oynadığı müstəsna roldan
danışıblar. Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlı gənclərin 1980-ci illərdə
Odessaya təhsil almağa gondərildiyini, Ukrayna dövləti və xalqı ilə münasibətlərə
xüsusi önəm verdiyini, bu ölkədəki diasporun fəaliyyətinə daim dəstək olduğunu
vurğulayıblar.

Sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş
etdirilib.

Ş.Salehqızı, "Paralel.az"

0.017060995101929