Sahibkarlarla növbəti görüş Lənkəran şəhərində keçiriləcək

Sahibkarlarla növbəti görüş Lənkəran şəhərində keçiriləcək
 

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

"Paralel.az" xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Lənkəran şəhərində görüşü təşkil olunacaq.

Aksiya Heydər Əliyev Mərkəzində baş tutacaq. “Səyyar qəbul otağı” mayın 17-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

0.01941180229187