Cənab İlham Əliyevə - ŞİKAYƏT         

Cənab İlham Əliyevə - ŞİKAYƏT         
 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevə

 Azərbaycan Respublikasının 1-ci Xanımı, Vitse-Prezident Mehriban Xanım Əliyevaya

 Heydər Əliyev Fonduna

 Milli Məclisin sədri Sahibə xanım Qafarovaya

 Əmək və Əhalinin Sosial Müdafiə Naziri cənab Sahil Babayevə

 Dövlət Təhlükəsizliyi Xidmətinin sədri Əli Nağıyevə

 Milli Məclis sədrinin 1-ci müavini, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri                  cənab Əli Hüseynliyə

 İnsan Hüquqları üzrə Müvəkkil, Ombudsman Səbinə xanım Əliyevaya  

Astara rayonu, Ərçivan kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Cəfər Cabbarlı küçəsi döngə 1, ev 31 ünvanında yaşayan Ağayeva Şölə Baloğlan qızı tərəfindən

 Mob: 050 422-91-44

        

Azərbaycan Respublikası Konstitusiyasının  57-ci və “Vətəndaşların Müraciətlərinə Baxılması Qaydası Haqqında” qanunun 7-ci maddələrinə müvafiq

 

                                                ŞİKAYƏT           

Şikayətimlə yazıb nəzərinizə onu çatdırmaq istəyirəm ki, həyat yoldaşım Habil Feyziyev 2007-ci ildə yeni tikilən binada fəhlə işləyərkən bina uçqunu zamanı vəfat etmişdir. İki uşağım mənim himayəmdə qalmışdır. Onlardan 09.10.2004-cü il təvəllüdlü Feyziyev Məhərrəməli Habil oğlu uşaqlıqdan 2-ci qrup əlil olmaqla 18 yaşı tamam olana qədər anadangəlmə əlilliyinə görə pensiya almış, 18 yaşı tamam olduqdan sonra pensiya dayandırılmışdır.

Qeyd edim ki, oğlumda anadangəlmə 2 budun çıxığı, hər iki bud sümüyünün başı, boyu üstə yer dəyişməsi, döş qəfəsinin qövsvarı deformasiyası                           (3dərəcəli) batıq, onurğanın döş və bel tipli skaliozu (2-ci dərəcəli), yerişin pozulması xəstəlikləri vardır və bu xəstəlikləri nəticəsində yeriyə bilmir.

Əlilliyin Bərpa Mərkəzində bu xəstəliklərin kodu M16 və M21 qeyd olunmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli,       187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 13.4-cü bəndində bud-çanaq oynağının artrozu M16, ətrafların digər qazanılma deformasiyaları isə M21 kodu ilə göstərilmişdir.        

Oğluma qeyd etdiyim xəstəlikləri ilə bağlı növbəti dəfə pensiya təyin edilməsi üçün Azərbaycan Elmi Təqqiqat Travmatologiya və Ortopediya İnstitutu Publik Hüquqi Şəxsi tərəfindən verilən mart 2023-cü il tarixli Forma 88 göndərişi natamam və düzgün tərtib edilmədiyindən Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona əlillik dərəcəsi verilməsinə imtina edilmiş və buna səbəb kimi əsas diaqnoz kodunun uyğun gəlmədiyi qeyd olunmuşdur.

Həmin imtinadan sonra mən göndərişi tərtib etmiş Azərbaycan Elmi Təqqiqat Travmatologiya və Ortopediya İnstitutu Publik Hüquqi Şəxsin həkimi Teymur Quliyevlə əlaqə saxladım. O, bildirdi ki, guya oğlumun xəstəliklərinə dair Dövlət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemində “Əlilliyin müəyyən olunması meyarları”-dan M16 və M21 kodları silinmişdir.

Halbuki, həmin kodlar silinməmiş və hazırda qüvvədədir.

Bununla da həkim qəsdən məni və oğlumu aylarla süründürməçiliyə məruz qoymuşdur. Hesab edirəm ki, biz Talış millətinin nümayəndəsi olduğumuz üçün bizə qarşı ögey münasibət bəslənilməklə, ayrı-seçkiliyə yol verilir və biz qəsdən incidilirik. Çünki, açıq-aşkar oğlum bir çox anadangəlmə xəstəliklərə düçar olduğu halda, onun əlilliyə görə pensiya almaq hüququ pozulur, xəstəliklərinə dair diaqnozlar və kodlar qəsdən düzgün tərtib olunmur. Öz növbəsində Tibbi Sosial Ekspert Komissiyası da bundan istifadə edərək oğluma əlilliyinə görə pensiya təyin edilməsindən imtina edir.

Qeyd edim ki, Azərbaycanda yaşayan az saylı xalqlardan biri də Talışlardır. Onların arasından Azərbaycanın bütövlüyü uğrunda Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan oğullar da vardır. Lakin buna baxmayaraq bəzi dövlət orqanlarında bizə qarşı laqeyd münasibət bəslənilir.

Mənim ailəm az təminatlı olmaqla, maddi imkanımız çətindir. Oğlum Feyziyev Məhərrəməli Habil oğlu faktiki anadangəlmə əlil olduğundan və yeriməkdə çətinlik çəkdiyindən əmək qabiliyyətsizdir. Oğlumun əmək qabiliyyətsiz olması bir tərəfdən, əlilliyi ilə bağlı sənədləşmənin düzgün aparılmaması isə digər tərəfdən ona mənəvi iztirab verir.

Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli,       187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq müəyyən edilir.

“Əlilliyin müəyyən olunması meyarları”-nın 13-cü bəndinə əsasən 13. Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri orqanizmin sümük-əzələ sisteminin xəstəliklərdən, zədə və ya çatışmazlıqdan irəli gələn davamlı pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən hərəkətetmə funksiyasının (sadə və mürəkkəb hərəkətləri etmək qabiliyyəti) pozuntusunun təzahür dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Tibbi-sosial ekspertiza zamanı orqanizmin dorsopatiyalardan irəli gələn sümük-əzələ sisteminin funksiya pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi ağır sindrom davamlılığına və təzahür dərəcəsinə, onurğa sütununun hərəkətliyinin məhdudlaşmasına və yuxarı və aşağı ətrafların funksiya pozuntularına əsaslanır, ifrazat orqanlarının funksiya pozuntuları da nəzərə alınır.

Bu halda aşağıdakılar rəhbər tutulur:

Qeyri-davamlı cüzi ağrı sindromu və onurğa sütununun hərəkətliliyinin cüzi məhdudlaşması, yuxarı və aşağı ətrafların funksiyalarının cüzi pozuntusu, sidiyin və nəcisin cüzi saxlanılmaması ilə müşayiət olunan patologiya zamanı 10-20 bal verilir;

-daimi və ya tez-tez kəskinləşən ağrı sindromu, onurğa sütununun hərəkətliliyinin mülayim məhdudlaşması, yuxarı və aşağı ətrafların funksiyalarının mülayim pozuntusu 40-60 bal verilir;

-daimi və ya tez-tez kəskinləşən ağrı sindromu, onurğa sütununun hərəkətliliyinin təzahür edən məhdudlaşması, yuxarı və aşağı ətrafların funksiyalarının təzahür edən pozuntusu zamanı 70-90 bal verilir; 

 Yuxarıda göstərdiklərimə əsasən Sizdən

                                                       XAHİŞ EDİRƏM:

09.10.2004-cü il təvəllüdlü Feyziyev Məhərrəməli Habil oğluna anadangəlmə 2-ci qrup əlillik dərəcəsinə görə verilən pensiyanın bərpa edilməsinə köməklik göstərəsiniz.

Əvvəlcədən öz təşəkkürümü bildirirəm!

                         

 

                 “___15___” may2023-cü il                               Ağayeva Şölə  Baloğlan qızı

 

 

“Paralel.az”

 

0.015691995620728