Lukaşenko beş gündur yoxa çıxıb

Lukaşenko beş gündur yoxa çıxıb
 

Aleksandr Lukaşenko daha bir tədbiri - Belarusun Milli Rəmzləri Gününü qaçırdı

"Paralel.az" xəbər verir ki, mayın 9-dan bəri ictimaiyyət qarşısına çıxmayan Aleksandr Lukaşenko mayın 14-də qeyd olunan Belarusun Bayrağı, Gerbi və Himni gününü qaçırıb. “Zerkalo” nəşri buna diqqət çəkib. Onun əvəzinə rəsmi tədbirdə Lukaşenkonun adından müraciəti oxuyan baş nazir Roman Qolovçenko çıxış edib.

Aleksandr Lukaşenko artıq beşinci gündür ki, ictimaiyyət qarşısına çıxmır. Mayın 9-da o, Moskvada Qələbə günü paradında iştirak edib, lakin Rusiya prezidenti Vladimir Putinlə qeyri-rəsmi səhər yeməyini qaçırıb. Onun səhhətindəki problemlərə görə vaxtından əvvəl Minskə gedə biləcəyi bildirilirdi. Həmin gün Lukaşenko Minskdəki Qələbə abidəsinə gül qoyma mərasimində göründü, lakin onun yerinə müdafiə naziri Viktor Xrenin çıxış etdi.

Telegram kanalları Lukaşenkonun ağır xəstəliyi və ya hətta ölümü ilə bağlı fərziyyələr irəli sürür. Bununla belə, onun uğurlu bir əməliyyat keçirdiyinə dair məlumatlar da var.

Lukaşenkonun mətbuat xidməti bu xəbərləri şərh etməyib.
A. Nəsirli

0.014218091964722