Səni bir insan kimi vəsf eləmək necə xoş! -"Heydər Əliyev İli”nə töhfəm

Səni bir insan kimi vəsf eləmək necə xoş! -
 

Adını eşitdiyim ilk gündən ta indiyədək müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevə xüsusi rəğbətim var. Heç bir şübhəm yoxdur ki, bundan sonra da, ömrümün sonunadək o böyük şəxsiyyətə, o fenomen insana xüsusi məhəbbətim olacaq...

Hikmət Məlikzadə

Sən bu xalqın ziyası,
Nurusan, Heydər ata.
Sən, içdiyim saf sudan
Durusan, Heydər ata.

Sənin həyat yolunda
Gündüz xoşdu, gecə xoş...
Səni bir insan kimi
Vəsf eləmək necə xoş!

Sən qurmusan ölkənin
Əbədi təməllərin.
Tarixin yaddaşına
Köç edib əməllərin.

Duyğun, hərarətin çox...
Çoxdu - Günəşcən, Aycan.
Ən böyük əsərindi
Müstəqil Azərbaycan.

Gərək sevdiyin yurdun
Zirvəsində tac olaq.
...Ömür bir çöllük olsun,
Biz də bir ağac olaq...

"Paralel.az"

0.021038055419922