Lavrovun sədrliyi demokratiyanın alçaldılmasıdır - Podolyak

Lavrovun sədrliyi demokratiyanın alçaldılmasıdır - Podolyak
 

Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BMT Təhlükəsizlik Şurasına sədrliyini “ikiüzlülük və demokratiyanın alçaldılması” adlandırıb.

Paralel.az ” xəbər verir ki, Podolyak bu haqda sosial media hesabında yazıb.

Lavrovun BMT TŞ-yə sədrliyini “riyakarlıq” kimi qiymətləndirən Podolyak, “Lavrov BMT Təhlükəsizlik Şurasına sədrlik edir, müharibəni, qırğınları və dağıntıları qanuniləşdirir”, - bildirib.

Qeyd edək ki, aprelin 1-də Rusiya BMT TŞ-na sədrliyi ələ alıb, aprelin 24-25-də isə Lavrov BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edib.

 

 

0.10914492607117