Qəbiristanlıq torpağını alver ocağına çevirənlərin ifşası - VİDEO

Qəbiristanlıq torpağını alver ocağına çevirənlərin ifşası - VİDEO
 

Baku TV qəbiristanlıqlarda qanunsuz torpaq alverini ifşa edib.

Araşdırma zamanı məlum olub ki, Bakının kənd və qəsəbələrində qəbiristanlıqlarda vəfat edən şəxsə yer almaq üçün ən azı 2-3 min manatdan keçməlisən. Yasamal qəbiristanlığında məzar yerinin qiyməti isə xüsusilə bahadır. Bir nəfər üçün 3-4 min manat.

Xırdalanda yerləşən qəbiristanlıqda bir nəfərin dəfni üçün yer 1100 manatdan başlayır. Təbii ki, bu qiymət yerə görə dəyişir.
Mehdiabad qəbiristanlığında da qiymətlər əl yandırır. Belə ki, burada bir nəfərlik yerin qiyməti 2000 manatdan başlayır. Məzarlıqdakı yerlərin satışına bəzi yerlərdə mollalar, bəzi yerlərdə isə bələdiyyə sədri nəzarət edir.

Daha ətraflı Baku TV-nin süjetində:

 

0.033340930938721