Kafeyə borclu qaldılar, pulu qaytara bilməyən dostunu öldürdü - Təfərrüat

Kafeyə borclu qaldılar, pulu qaytara bilməyən dostunu öldürdü - Təfərrüat
 

Bakıda həmyaşıdını qətlə yetirməkdə təqsirli bilinən İlham Xanlarovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Paralel.az -ın xəbərinə görə, hadisə Sabunçu rayonunda baş verib. Rayon ərazisində 2003-cü il təvəllüdlü Sübhan Cəfərovun üzərində xəsarət izləri olan meyiti aşkar edilib.

Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat tədbirləri ilə qeyd edilən cinayət əməlinin 2003-cü il təvəllüdlü İlham Xanlarov tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İlham Xanlarov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Paralel.az -ın əldə etdiyi məlumata görə, iş üzrə dindirilmiş İlham Xanlarov ifafədsində göstərib ki, Sübhan Cəfərovla hadisədən 2 ay əvvəl təsadüfən tanış olub. 

İyunun 2-də günorta saatlarında Ramana qəsəbəsində yerləşən kafedə dostları ilə birlikdə pivə içməyə yollanıblar. Sübhanla hesabı ikisi yarı-yarıya ödəcəyəkləri barədə razılaşıblar. 

Axşam saat 21:00 radələrinə kimi orada əylənib spirtli içki qəbul ediblər. Onların kafeyə 153 manat borcu qalıb. Obyekti işlədən Sarvana həmin məbləği tez bir zamanda çatdıracağını deyib. Səhərisi gün zəng edəndə dostu pul tapa bilmədiyini deyib. 

Bir neçə gün sonra kafeni işlədən Sarvan zəng edib pulunu istəyib. Bu barədə dostuna bildirəndə o, müxtəlif bəhanələr gətirib pulu olmadığını bildirib.  

İlham Xanlarov ifadəsinin davamında bildirib ki, təxminən 1-2 gün sonra kafeni işlədən Sarvan ona yenidən zəng edərək aqressiv şəkildə borcunu ödəməsini tələb edib. Buna görə o da Sübhanla əlaqə saxlayıb. Ona kafeyə olan borcu ilə əlaqədar görüşmək istədiyini deyib. Saat 19:00 radələrində Sübhana növbəti dəfə zəng edib, harada olduğunu soruşduqda o, Məmmədli kəndində olduğunu bildirib. Şübhələnməməsi üçün dostu ilə mehriban danışıb. Məqsədi görüşüb ünvanına işlətdiyi söyüşlərə görə onu bıçaqla vurub cəzalandırmaq olub. Tanışları ilə birlikdə sifariş etdiyi taksi ilə Məmmədli dairəsinə gediblər. Maşından düşəndə öz mobil telefonunu sürücüyə girov qoyub deyib ki, onları gözləsin. Sübhanın yolun əks tərəfində dayandığını görüblər. Tanışı Adil əl elədikdən sonra Sünhan yolu keçərək onların yanına gəlib. Hal-əhval tutduqdan sonra ikisi ərazidə olan boş torpaq sahəsinə tərəf gediblər. Adillə Nicat arxalarınca gəliblər. 

İlham bildirib ki, ondan hansı səbəbə görə söyüş söydüyünü və borcu vermək istəmədiyini soruşanda o, belə hərəkət etrmədiyini bildirərək onunla kobud danışıb. Bu zaman şalvarının belindən çıxardığı bıçaqla Sübhanın qarın nahiyyəsinə güclü zərbə vurub. Zərbədən dostu arxası üstə yerə yıxılıb. Onu yerdə qoyub birlikdə taksiyə tərəf qaçıblar. 

Adil ondan Sübhanı niyə bıçaqla vurduğunu soruşanda, ona çox güzəşt etdiyini və hərəkətlərindən bezdiyini deyib. 

Zərərçəkmiş şəxsin hüquqi varisi Xalidə Vəliyeva ifadəsində göstərib ki, oğlunun pis əməllərinin şahidi olmayıb. Sübhanın dostluq etdiyi şəxslərdən yalnız Adil Məmmədovu tanıyıb. 

İyunun 9-u saat 11 radələrinə oğlu Nərimanov rayonundakı parkda sevdiyi qızla görüşməyə gedib. Saat 22 radələrində zəng edən polis əməkdaşı ondan Məmmədli dairəsinə gəlməsini xahiş edib. Həmin yerə çatanda ona oğlunun öldürüldüyü məlum olub.

Məhkəmə iclasında İlham Xanlarov ittiham üzrə özünü qismən təqsirli bilib. Əməlindən peşman olduğunu və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ömürlük azadlıqdan məhrum edilmə cəzasının verilməsini istəyib. 

Sonda məhkəmənin hökmü ilə İlham Xanlarov 19 il müddətinə azadlıqdan məhrum olunub.

Natiq

0.01076602935791