"Mənə ürəyindən keçəni danış..." - Şahlar Hacıyev

 

 

Mənə ürəyindən keçəni danış,
Xoşlamıram saxta görüntüləri.
Daha gözlərimə yaddır aldanış
İçimdə fırtına qopandan bəri.

Mənim bir qismətlik sadəliyim var
Bir az da canımda sadəlövhlüyüm..
Ürəyi təmizlər çox tez allanar,
Sənə xoş gəlirsə, onda get öyün!

Ruhun alatoran, iddian böyük...
Bilinmir nə üçün açırsan qanad;
Əhdinə sadiqlik, düzlük, bütövlük,
Səninçün oyundur, mənimçün həyat.

Nə qədər güc- qüvvət tapsan özündə,
Sonacan ayaqda qala bilməzsən.
Axırda arzun da qalar gözündə,
Dünyanı gözümdən sala bilməzsən.

Ömürdür , demirəm kim düz , kim yanlış,
Qalib kim olacaq, yoxdur xəbərim.
Mənə ürəyindən keçəni danış,
Xoşlamıram saxta görüntüləri.

Axan ulduz kimi sönər arzular.
Sirrini əbədi qorusun - deyə
Hər nakam sevginin şəhid ömrü var,
Əgər söykənirsə müqəddəsliyə.

Paralel.az

0.017944097518921