Paşinyanın çıxışından sonra Qarabağdakı ermənilər depressiyadadır

Paşinyanın çıxışından sonra Qarabağdakı ermənilər depressiyadadır
 

Baş naziri Nikol Paşinyanın parlamentdəki son çıxışından sonra Qarabağdakı ermənilər depressiyadadır.

Paralel.az ” xəbər verir ki, bunu erməni politoloq Sofya Ovsepyan “hraparak”a müsahibəsində deyib.

Onun sözlərinə görə, Paşinyandan Qarabağdan imtina edəcəyi barədə deyəcəyi gözlənilən idi:
“Paşinyan artıq “artsax”ın üzərindən xətt çəkib. Onun “artsax”la heç bir əlaqəsinin olmamasından və oradan çəkilməkdən danışır. Biz dövlətçiliyin məhvinə gedirik. Artıq Qarabağda insanlar depressiyadadır, ancaq hələ də dözürük”.

Qarabağda yaşayan ermənilərin vəziyyətinə, infilaysiya, bahalılıqla bağlı məsələyə toxunan Ovsepyan  deyib ki, ümumiyyətlə, vəziyyət çətindir: “Nəzarət olunan məhsulların qiyməti o qədər də artmayıb. Ermənistanda olduğu kimi normal qiymətlərdir. Bahalaşma azdır. Lakin başqa yolla gətirilən mallar dəhşətli dərəcədə bahadır. Bu səbəbdən də onlarla dükan bağlanıb”.

0.033220052719116