"...Çox haqlıyıq" - siyasi şərhçi

 

Siyasi şərhçi  Çingiz Şahbazi: 

Ermənistan parlamentinin ,,Mülki Müqavilə,, fraksiyasının deputatı, Ovik Ağazaryanın, ölkəsinin ev sahibliyi etdiyi, ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində, Azərbaycan bayrağının yandırılması ilə bağlı insidentə, öz "Facebook" sosial hesabında münasibət bildirib.

O, ,,Mən bir vətəndaş və deputat kimi xalqımdakı vəhşi və barbar tayfaların təzahürlərini tamamilə aradan qaldırmaq üçün, mümkün olan hər şeyi edə bilmədiyimə görə, bütün beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm.Mən utanıram.,, qeyd edib. Əslində deputat Ovik Ağazaryan kimi düşünənlər Ermənistan cəmiyyətində barmaqla sayılacaq qədərdir. Ona görə ki, biz, bayrağımızı yandıran erməni faşizminin yetişdirdiyi o,,jurnalisti,, xalqın necə qarşıladığını və qucaqlayıb bağırlarına basmalarının şahidi olduq. Belə bir hərəkətin bəyənilməsi və onu həyata keçirənin bir qəhrəman kimi təqdim və qəbul edilməsi, artıq o xalqın sözün həqiqi mənasında, bəşəriyyətə və insanlığa nə qədər təhlükəli olduğunun göstəricisidir. Məhz belə münasibətlərdən dolayı,biz öz növbəmizdə, belə bir xalq ilə aparılan sülh prosesindən nəsə müsbət addım gözləyə bilməməyimizdə çox haqlıyıq.

"Paralel.az"

0.020620107650757