ƏƏSMN -in keçmiş, Nizami RİH-in hazırkı şöbə müdiri Əli Axundov toxunulmazdır?

ƏƏSMN -in keçmiş, Nizami RİH-in hazırkı şöbə müdiri Əli Axundov toxunulmazdır?
 

ƏƏSMN -in keçmiş, Nizami RİH-in hazırkı şöbə müdiri Əli Axundov toxunulmazdır?

Nə prokurorluq, nə məhkəmə rüşvət, şər-böhtan məmuruna qarşı şikayətlərə baxır

ƏƏSMN -in keçmiş şöbə müdiri Əli Qüdrət oğlu Axundovun “əlil, tənha və ahıllara sosial xidmətin təşkili”ndə rüşvət metodlarından yararlanmasını, “əlil mənzilləri”ni, avtomobilləri”ni qanunsuz müəyyən edilmiş rüşvət haqqı qarşılığında satmasını basında işıqlandırmağımdan 20 ildən çoxdur ziyan çəkirəm. Təsəvvür edin, bir ayağı olmayan Qarabağ əlilinə o biri ayağının da kəsiləcəyindən sonra avtomobillə təmin oluna biləcəyi “xidməti” təklif edilmişdi. Mən də hökumətin “qeyri -hökumət” qurumları kimi 3-5 manata susmayacaqdım ki !  Yalnız Qarabağ əlilinin hüququnun təmin ediləcəyi halda susacağımı, gözümü yumacağımı desəm də, indiki “üzr videoları”na ekvivalent “təkzib” istənildi. Özü də əlilin hüququnun tanınmaması ilə birgə. Təbii ki, imtina edildi və “Azadlıq”ın redaktoruna ( Rövşən Hacıbəyli) şirnikləndirici təkliflər,  hədə -qorxu da sonuc vermədi. Əli Axundov Qarabağ əlilləri və şəhid ailələrinin sosial müdafiəsinə ayrılan pullardan “bir kisə” götürüb “düşdü hakim partiyanın mətbu orqanlarının canına”.Ləğv edilmiş Qarabağ Əlillər Cəmiyyətinin yerində yaradılan “qeyri -hökumət” təşkilatının sədri Mehdi Mehdiyevi də özünə “ƏƏSMN əməkdaşı” kimi həmyazar edən Əli Axundov “Yeni Azərbaycan” , “Səs” və s. KİV-də məni – 1-ci dərəcəli Qarabağ əlilini “ədalət adına görülən işlərə ədalətsiz münasibət”də suçladığından , Səbail məhkəməsində şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığım iddiaya baxılmasından imtinanı apellyasiya və ali instansiyalar da qüvvədə saxladı. Hakim partiyanın mətbu orqanına, vəzifəli şəxslərinə qarşı iddia yolverilməzdi(r)! (?). Mən hüquq müstəvisində çıxış etdiyim halda, qarşı yan qanunsuz mənzil, avtomobil verdikləri  Qarabağ əlillərini 1-ci dərəcəli Qarabağ qazisinə qarşı qızışdırıcı hərəkətlərə səfərbər etdilər. Hüquq mühafizə orqanları “qızışdırıcılıq xidməti”nə də hüquq qiyməti vermədilər. Əli Nağıyev nazir postundan gedənə kimi bütün güzəşt və hüquqlarım “girovluqda , işğalda”  qaldı. Təsəvvür edin, Prezident Heydər Əliyevin dediyi kimi, onun özünə də “gücü çatan”, millət vəkili, akademik Cəlal Əliyevin deputat sorğusuna da hörmətsizlik edildi .

… Nizami RİH-ə başçı təyin edilən Tahir Budaqov keçmiş həmkarı Əli Axundovu ictimai – siyasi şöbənin müdiri təyin etməsilə köhnə qərəz sürür. İndi də Ombudsmana, AMEA -ya, ali dövlət hakimiyyəti orqanlarına haqqımda yalan bilgi verilir. Hətta məhkəmənin mənə verdiyi otaqları borclu Nizami RİH başqasına satıb, qanunla nəzərdə tutulan torpaq hüququma və s. qadağa qoyulub. Məhkəmə təminatı hüququma qadağadan heç danışmağa dəyməz.  

Nizami məhkəməsində Əli Axundovun “Yeni Azərbaycan” qəzetində yaydığı şər – böhtana görə xüsusi ittiham qaydasında verdiyim şikayətlərə on ilə yaxındır baxılmır. Öncə   şikayət baxılması üçün aidiyyatı üzrə Yasamal məhkəməsinə göndərildi, CPM-in tələblərinə uyğun olaraq aidiyyatı üzrə göndərilən işə baxılması məcburi olduğu halda, təqsirləndirilən Əli Axundov məhkəməyə rüşvət verib şikayətimi it-bata saldırdı. Nə apellyasiya və ali instansiya məhkəmələri, nə də Məhkəmə Hüquq Şurası qeyri-prosessual ilişgiyə qiymət verdi .

Nizami məhkəməsinə yenidən verdiyim şikayət isə elə it-bata salınıb ki, heç bir qərar verilməyib. Beşillik şikayətlərim də sonuc vermir. Məsləhətçi Ceyhun Bayramov gah şikayətinyolverilməzliyini, gah imzalanmadığını bildirir. Bəyəm cinayət işinə məhkəmə baxmır, məsləhətçi cinayət işinə hakim təyin olunub ? Bəlkə Əli Axundovun toxunulmazlıq hüququ var? Hər halda, başqa nəsə fikirləşmək olmur. . Özüm yazdım, imzamla doğrulayıram: Məğrur Bədəlsoy.

0.010663032531738