Erməni mediası: azı 3 itki vermişik

Erməni mediası: azı 3 itki vermişik
 

Azərbaycan ordusunun cavab atəşi ilə Ermənistanın Laçınla sərhədindəki Teğ kəndi ərazisində ermənilərin atəşkəsi pozmasının qarşısı alınıb.

Paralel.az “hraparak”a istinadən xəbər verir ki, tərəflər arasında 15-20 dəqiqə ərzində intensiv atışma olub. 

Nəşrin yazdığına görə,  atışma nəticəsində erməni tərəfi 3 itki verib, çoxlu sayda yaralı var. 

İlkin məlumata görə, hazırda əməliyyat olunan yaralılar arasında Əlahiddə Ümumqoşun Korpusunun komandiri Armen Gozalyan da var. 

“Hraparak” eyni zamanda bildirir ki, ölənlərin sayı arta bilər, çünki erməni tərəfi hələ də yaralıları döyüş bölgəsindən çıxara bilməyib.

0.032613039016724