BMT: Hindistan Çindən önə keçəcək - SƏBƏB

BMT: Hindistan Çindən önə keçəcək - SƏBƏB
 

Hindistanın aprelin sonunda dünyanın ən sıx məskunlaşdığı ölkə sayılan Çini keçəcəyi gözlənilir.

"Paralel.az" xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı məlumat verib.

Hindistanda hər 10 ildən bir keçirilən siyahıyaalma koronavirus epidemiyası səbəbindən bu ilə təxirə salınıb.

Hindistan əhalisinin 1 milyard 423 milyon nəfəri keçəcəyi proqnozlaşdırılır.

Çin Dövlət Statistika İdarəsinin məlumatına görə, ölkə əhalisi 1960-cı illərdən bəri ilk dəfə olaraq 850 min nəfər azalıb. Hazırda Çinin əhalisi 1 milyard 412 milyon nəfər kimi tanınır.

Hesablamalara görə, noyabr ayında dünya əhalisinin sayı 8 milyarda çatacaq, 2100-cü ildə isə bu rəqəmin 10 milyardı keçəcəyi gözlənilir.

0.027659177780151