Tofiq Qasımov -85, İsgəndər Həmidov -75

Tofiq Qasımov -85, İsgəndər Həmidov -75
 

Tofiq Qasımov -85, İsgəndər Həmidov -75

10 aprel -Azərbaycan dövlət xadimləri Tofiq Qasımovun və İsgəndər Həmidovun doğum günüdür
Aprelin 10-u Azərbaycanın iki dövlət xadiminin - xarici işlər naziri olmuş Tofiq Qasımovun və daxili işlər naziri olmuş İsgəndər Həmidovun doğum günləridir. 10 il fərqlə eyni gündə doğulan dövlət adamlarının dünyalarını dəyişmələri eyni 2020-ci ildə baş verib. Tofiq bəy 29 yanvarda qürbətdə , İsgəndər bəy 26 fevralda doğma yurdda Şuşanın, Kəlbəcərin, Laçının... Qarabağın 44 günlük savaş sonucu azadlığını görmədən gözlərini əbədi yumublar. O şirin günü görməsələr də, duymamış olmazlar yəqin. Ruhları Qarabağda dolaşır, Şuşada “Cıdır düzü”ndə at oynadır “ .
Bu gün Tofiq Qasımovun 85, İsgəndər Həmidovun 75 illiyidir. Hər ikisi millət vəkili, hər ikisi nazir. Hər ikisi haqq dünyasında, hər ikisi hakimiyyətin yadından çıxmış . Tarixin, dövlətin, ölkənin, yurdun, xalqın yaddaşından isə çıxmazlar. Axı dövlət adamları olublar. Doğruları, yanlışlıqları, xidmətləri ilə. Yaddan çıxarmı nazirin avtobusda işə getməsi, çiynində general çini ilə yanaşı qumbaraatan gəzdirməsi? Heç yadımdan çıxmaz, İsgəndər bəy hələ Qarabağın baş bölgəsi Ağdam və digərləri bizdə olanda deyirdi ki, Şuşa bizim olmasa, heç doğulduğum yer də mənə gərək deyil. Nədən Şuşa -bizim baş tacımız, mənliyimizdir.
Ad gününüz qutlu olsun, dövlət adamlarımız! Şuşanın , Laçının. . . Qarabağın qurtulmasını görməyən gözünüz aydın olsun : ŞUŞA QURTULUB, QARABAĞ QURTULUB!

Müəllif: Məğrur Bədəlsoy

“Paralel.az”

0.051356077194214