Avropa nə ABŞ-ı, nə də Çini dəstəkləməlidir - Makron
"Avropa Tayvan məsələsində nə ABŞ-ı, nə də Çini dəstəkləməlidir."
Bunu Çinə səfərdən qayıdan Fransa prezidenti Emmanuel Makron yerli telekanallara müsahibəsində bildirib.
O deyib ki, Aİ-nin özünə aid olmayan böhranlara cəlb olunması risklidir.
"Ən pisi biz avropalıların Amerika ritminə və Çinin hədsiz reaksiyasına uyğunlaşmalı olmağımız ola bilər", - Makron qeyd edib.