"Quran" kitabını cıran şəxs TUTULDU

 

Kanadanın Marxam şəhərində yerləşən məscidə daxil olaraq müqəddəs "Quran" kitabını cıran, müsəlmanları təhqir edən və onların üzərinə avtomobil sürən şəxs tutulub.

 Bu barədə Kanada polisi məlumat yayıb.

28 yaşlı Şaran Karunakaranın Torontoda həbs edildiyi  bildirilir. O, hədələmə və təhlükəli avtomobil sürməkdə ittiham olunur. Şübhəli şəxs bu həftə məhkəmə qarşısına çıxarılacaq.

Kanada rəsmiləri və ölkənin müsəlman icması məscidə hücumu pisləyib.

0.015203952789307