"Vətənsiz olandan arzusun sorsan..." - Poeziya

 

Dərdi söyləməyə dil gərək deyil,
İnsanda qəm - kədər gözə sürünür.
Ağıllı olmağa il gərək deyil,
Ağıl yaşda deyil, başda görünür.

Alovu daşısa... qorxaq sözünə,
Yenə baxa bilməz mərdin gözünə...
Haqqı taptalayan nadan üzünə,
Xalqın tüpürcəyi, "külü" bürunür.

İblislər çoxalıb... insan donunda,
Min bəla gəzdirir iyrənc qınında,
İnsan ki, büküldü namərd yanında,
Həyatda yamanlıq doğub, ürünür.

Cahil insan hər an..."mənlik"davalar,
Evlər yıxmaq üçün...hər gün çabalar,
Hərcayıllar , sırtıq , dildən yavalar,
Zamanı gələndə eldən kürünür.

Ay Şaiq , yaz- yarat, neçə ki, varsan,
Bu təbi, ilhamı çətin tapasan...
Vətənsiz olandan arzusun sorsan,
Bilərsən... qürbətdə nələr düşünür.
Müəllif: ŞAİQ MİSKİNLİ

0.038942098617554