Quba kəndlərinin sakinlərini “Açıq mikrofon”a gətirən səbəblər - FOTO

Quba kəndlərinin sakinlərini “Açıq mikrofon”a gətirən səbəblər - FOTO
 

 

Qubanın Timirzayev kəndində küçə qaz xətlərini çəkilməsi ilə bağlı müraciətlər bu gün adıçəkilən rayonda keçirilən “Açıq mikrofon” aksiyasında daha çox yer alib.

"Paralel.az" xəbər verir ki, səslənən digər 9 müraciət arasında sayğacın və qaz xəttinin yerinin dəyişdirilməsi, debitor borcun araşdırılması və məktəbin qazlaşdırılması kimi məsələlər yer alıb.

Aksiyada çıxış edən hər bir sakinə müraciətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, hər bir çətinlik SOCAR “Azəriqaz” İB-nin səlahiyyətləri çərçivəsində qısa zaman ərzində həllini taparaq aradan qaldırılacaq.

0.020807027816772