Şabran sakinləri qaz təchizatı ilə bağlı istəklərini “Açıq mikrofon”da ünvanladılar - FOTO

Şabran sakinləri qaz təchizatı ilə bağlı istəklərini “Açıq mikrofon”da ünvanladılar - FOTO
 

 

SOCAR “Azəriqaz” İB-nin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyası Şabran rayonunun sakinlərinin ixtiyarında olub.

"Paralel.az" xəbər verir ki, aksiyada ümumilikdə 10 müraciət ünvanlanıb ki, bu müraciətlərdən 4-ü elə 4 kəndin sakinləri adından səsləndirilib. Daha dəqiq desək, rayonun Çayqaraqaşlı, Çölquşçu, Xəlfələr və Hacıqaraqaşlı kəndlərinin qazlaşdırılmasını Nadir Məmmədov, Süleyman Şıxəliyev, Eyvaz Allahyarov və Elməddin Quliyev xahiş ediblər.

Bundan başqa aksiyada çıxışı zamanı küçə qaz xəttinin çəkilməsini və sayğacın yerinin dəyişdirilməsi istəyənlər də olub.

Hər bir müraciət Xaçmaz RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydə alınıb.

Bəzi problemlərin həll edilməsi istiqamətində müxtəlif göstərişlər verilib.

0.038033008575439