İmişli sakini Prezident İlham Əliyevə şikayət etdi
İmişli rayonu Bəhrəmtəpə qəsəbə sakini Babayev Qurban Nüsrət oğlu ölkə prezidenti İlham Əliyevə şikayət məktubu ünvanlayıb.
Babayev Qurban Nüsrət oğlu cənab prezidentə İmişli Rayon Polis Şöbəsinin cinayət etmiş şəxsi cəzalandırmaq əvəzinə himayə etməsindən şikayət edir.
O, şikayətində qeyd edir ki, Hüseynov Hakim Tapdıq oğlu onun "Azəravtoyol"a məxsus Şaman yük maşınını yandırıb, üstəlik onu və ailə üzvlərini ölümlə hədələyir.
Hüseynov Hakim Tapdıq oğlunun törətdiyi cinayət əməlindən DİN-in 102 xidmətinə şikayət etməsinə baxmayaraq, avtomobili yandıran, onu və ailəsini ölümlə hədələyən şəxsin RPŞ tərəfindən həbs olunmamasından şikayət edir.
Zərərçəkmiş Babayev Qurban Nüsrət oğlu cənab prezidentdən cinayətkarı himayə edən İmişli RPŞ rəhbərliyini və cinayətkar Hüseynov Hakim Tapdıq oğlunun cəzalandırılmasını xahiş edir.
İmza: Babayev Qurban Nüsrət oğlu
Mobil: 050 733 43 21
27 mart 2023-cü il