Putinin canını qorxu alıb

Putinin canını qorxu alıb
 

Putinin canını qorxu alıb

Putinin çıxış etdiyi “Lujniki” stadionunun yaxınlığında hava hücumundan müdafiə sistemi görüntülənib. “Dojd” saytı xəbər verir ki, Moskvanın Sərçə təpələrində, “Lujniki” stadionu ilə üzbəüz onlar “Pantsir-S1” zenit-raket və silah sistemini görüblər. Telekanal özünün teleqram kanalında Moskva Dövlət Universitetinin binası yaxınlığında hava hücumundan müdafiə sistemləri ilə video yayımlayıb. Conflict Intelligence Team-in qurucusu Ruslan Leviev telekanalla söhbətində bunun Pantsir-S1 kompleksi olduğunu təsdiqləyib. O qeyd edib ki, Lujniki yaxınlığında hava hücumundan müdafiənin olduğunu daha əvvəl eşitməyib. Sərçə təpələrinin müşahidə göyərtəsində hərbi texnikaya oxşar iki kamuflyaj rəngli yük maşını da diqqət çəkib. Hərbi ekspertlər bunların elektron müharibə sistemləri olduğunu irəli sürüblər.

Rusiya prezidenti Vladimir Putin fevralın 22-də Vətənin Müdafiəçisi Günü və Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının ildönümünə həsr olunmuş vətənpərvərlik mitinq-konsertinin keçirildiyi Lujniki stadionunda çıxış edib. Ruslan Leviev “Dojd” ilə söhbətində xatırladıb ki, hava hücumundan müdafiə sistemləri bundan əvvəl Vladimir Putinin Novo-Oqaryovodakı iqamətgahında, Moskvada Rusiya Müdafiə Nazirliyinin binasının damında və Kreml yaxınlığındakı ofis mərkəzinin damında peyda olub. Onun sözlərinə görə, Moskvada mitinq-konsert kimi tədbirlər zamanı hava hücumundan müdafiə vasitələrinin yerləşdirilməsi “yəqin ki, adi təcrübəyə çevrilib”.

Dadaş Əhmədli

0.20162916183472