Mariya Zaxarova: Azərbaycanın İrandakı səfirliyinə hücum bizi şoka saldı
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ölkəmizin İrandakı səfirliyinə hücum nəticəsində mühafizəçinin qətlə yetirilməsi ilə bağlı azərbaycanlı həmkarlarına başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, diplomat bu barədə teleqram kanalında yazıb.
O qeyd edib: “Azərbaycan səfirliyinə növbəti hücum və mühafizə əməkdaşının qətlə yetirilməsi bizi şoka saldı. Azərbaycanlı həmkarlarımıza başsağlığı verir və onlara dəstəyimizi ifadə edirik”.
M. Zaxarova əlavə edib ki, Rusiya XİN bir qədər sonra hadisə ilə bağlı ətraflı şərh verəcək